Ukraynada dəmir yolunda YENİ TƏXRİBAT
Bizi izləyin

ABŞ

Ukraynada dəmir yolunda YENİ TƏXRİBAT

Ukraynanın Çerkassı vilayətində naməlum şəxslər dəmir yolu transformator yarımstansiyalarını yandırıblar.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Country Politics” "Telegram" kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Kanalın həmsöhbətinin sözlərinə görə, hadisə iyunun 15-nə keçən gecə Podobnaya kəndində, dəmir yolu keçidinin yaxınlığında baş verib. Naməlum şəxslər 2 qıfılı qoparıb, transformatorları açaraq onlara benzin töküb, sonra isə yandırıblar. Dağılan transformatorlar dəmiryol relslərinin işləməsini təmin edib. Həmin hissədə qatarların hərəkəti dayanmayıb.

Təhlükəsizlik qüvvələri “təxribat” maddəsi ilə iş açıb.

Məlumata görə, bütün Ukraynada dəmiryol şitlərinin yandırılması baş verir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm