ABŞ-dan Rusiyaya gözlənilməz təklif: Putin bunu istəyirdi, biz də...
Bizi izləyin

ABŞ

ABŞ-dan Rusiyaya gözlənilməz təklif: Putin bunu istəyirdi, biz də...

Birləşmiş Ştatlar münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında danışıqlar prosesinə başlamalıdır.

Publika.az xəbər verir ki, bu fikri "X" sosial şəbəkəsində ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi qeyd edib.

Amerika liderinin seçilməsi 2024-cü il noyabrın 5-nə təyin edilib. Namizədlər arasında Ağ Evin hazırkı lideri Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp da var.

"Mən hazırda masa arxasında ABŞ, Rusiya və Ukrayna ilə real sülh danışıqlarına çağırıram. Putin bunu istəyirdi. Biz də bunu istəməliyik", - kiçik Kennedi deyib.

Siyasətçinin fikrincə, Qərblə Rusiya arasında münaqişə planetin məhvi ilə yekunlaşa bilər.

Bundan əlavə, Amerika liderliyinə namizəd Ukraynanı maliyyələşdirməyi dayandırmağı tələb edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm