Avro-2024-də qalmaqal: Seks-şop reklam olunur?
Bizi izləyin

İdman

Avro-2024-də qalmaqal: Seks-şop reklam olunur?

Avropa Çempionatının reklam kompaniyasında qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, bu, Çin avtomobil istehsalçısı BYD ilə bağlıdır. Şirkət Avro-2024 -də elektrik avtomobilləri üçün reklam təqdim etmək qərarına gəlib. Bunun üçün Avropa çempionatında çox sayda reklam slotları alınıb.

Lakin qəribə hadisə baş verib. BYD-nin Almaniyaya məxsus domen zonasında veb-saytı yoxdur. Onların yalnız beynəlxalq ".com" domenində qeydiyyatdan keçən saytları var.

Almaniyada isə şirkətin adına uyğun sayt mövcuddur və seks-şopa məxsusdur. Avro-2024 -də reklam verdikdən sonra internetdə BYD avtomobillərini tapmağa qərar verən alman azarkeşlərin qarşısına məhz bu sayt çıxıb.

Vəziyyət o qədər qəlizləşib ki, seks-şop domen zonası ilə səhv edən hər kəs üçün məlumat buraxmalı və onları avtomobil satan vebsayta yönləndirməli olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm