Qırmızı xəbərdarlıq elan edildi: Etna vulkanı aktivləşdi
Bizi izləyin

Ekologiya

Qırmızı xəbərdarlıq elan edildi: Etna vulkanı aktivləşdi

İtaliya mətbuatında yer alan xəbərə görə, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna vulkanında son bir neçə gündə görülən vulkanik aktivlikdə artım müşahidə edilir.

Publika.az xəbər verir ki, xüsusilə vulkanın “Vorajin” adlanan kraterində aktivlik müşahidə olunub. Bu kraterdən lava və kül güclü püskürməyə başlayıb. “Vorajin” kraterindən “Yeni” krater adlanan digər kraterə də lava axını olub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniyadakı regional ofisinin hesablamalarına görə, Etnanın yaydığı küllər təxminən 4,5 kilometr hündürlüyə çataraq cənub-şərq istiqamətində hərəkət edib.

INGV-nin kül buludları səbəbilə bölgədən keçən təyyarələr üçün "qırmızı" xəbərdarlıq mesajı paylaşdığı bildirilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm