ABŞ
Bayden xalqa müraciət etdi

ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.
Publika.az xəbər verir ki, Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb.
Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb:
"Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı". O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.
ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: "Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm".
Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib.
“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, - prezident qeyd edib.

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO