ABŞ
Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara Pentaqondan REAKSİYA
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə Aerokosmik Sənayesi A.Ş. (TAI) şirkətinə terror hücumundan sonra Türkiyə təhlükəsizlik qüvvələrinin Suriyadakı terror hədəflərinə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı danışıb.
Publika.az xəbər verir ki, Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında sualları cavablandırıb.
Rayder bildirib ki, ABŞ-ın Türkiyənin son terror hücumu ilə bağlı qanuni təhlükəsizlik narahatlığı yoxdur:
“ABŞ PKK-nı terror təşkilatı olaraq görür. Məncə, burada diqqət çəkən məqam iki liderin bir-birini dəstəkləmək üçün açıq ünsiyyət xəttini davam etdirmək əzmində olmasıdır. Türk müttəfiqlərimizlə yaxşı koordinasiyamız və ünsiyyətimiz var. Bundan sonra da bunu davam etdirəcəyik”.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dünən ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı aparıb. Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.
Aysel Şahmar
-
Sosial13:06
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - Şok detallar
-
Hadisə12:12
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi - FOTO
-
Rəsmi xronika11:57
Prezident yeni nəsil metro qatarlarına baxış keçirdi - YENİLƏNDİ/FOTO
-
Dünya11:06
Qərbdə “qaynar nöqtə” - NATO ilə bu Avropa ölkəsi arasında qarşıdurma yaşanır
-
MDB10:18
Bu hücuma görə Ukraynadan qisas alındı: Kadırov nəyi nəzərdə tutur?
-
Qoroskop09:48
2025-ci ildə bürclərə uğur gətirəcək tarixlər: Kimləri xoş sürprizlər gözləyir?
-
Region09:12
Rusiyaya bu yolla getmiş azərbaycanlılara BÖYÜK TƏHLÜKƏ: Əmlakları əllərindən alınacaq
-
Nəqliyyat08:34
Hazırda 15 yolda tıxac var - SİYAHI