Polis hazırlığa başladı: ABŞ-da böyük xaos və iğtişaşlar olacaq
Bizi izləyin

ABŞ

Polis hazırlığa başladı: ABŞ-da böyük xaos və iğtişaşlar olacaq

Amerika Birləşmiş Ştatlarında hüquq-mühafizə orqanları ölkədə prezident seçkiləri zamanı zorakılıq təhdidlərinə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən yazıb.

“Polis və şeriflər seçki məmurlarına qarşı zorakı hədələrə, habelə seçki günü yaxınlaşdıqca seçki məntəqələrində iğtişaşlara və seçicilərin hədə-qorxularına hazırlaşırlar”, - nəşr qeyd edib.

Nəşrin müsahibə aldığı rəsmilərin və ekspertlərin fikrincə, indi Amerikada seçkilər dövründə xuliqanlıq, təhdid və zorakılıq mühiti adi hala çevrilib.

Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm