ABŞ
ABŞ-da Trampla qarşıdurma planları qurulur: Müxalifətə görün kim başçılıq edəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar yeni seçilmiş prezident Donald Trampın ölkənin hazırkı lideri Co Baydenin siyasətindən əl çəkməsinə mane ola biləcək qabaqlayıcı tədbirlər variantlarını nəzərdən keçirirlər.
Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı yazıb. Nəşrin yazdığına görə, bir çox demokratlar qorxurlar ki, onların rəqibləri Konqresin aşağı palatasında çoxluğu ələ keçirsələr, bu, Trampa Bayden administrasiyası dövründə imzalanan əmrləri ləğv etməyə imkan verəcək.
Bildirilir ki, Nümayəndələr Palatasının Demokratik Azlıqlarının lideri Hakeem Ceffries Trampa qarşı müxalifətə rəhbərlik etməyə hazırlaşır.
Bundan əvvəl Trampın seçki kampaniyasının sözçüsü Karoline Levitt bildirmişdi ki, Tramp dövlət başçısı kimi ilk həftəsində Baydenin fərmanlarını ləğv edəcək. Onun sözlərinə görə, Respublikaçı Bayden və onun vitse-prezidenti Kamala Harrisin ilk Tramp administrasiyasının effektiv siyasətindən kənara çıxaraq imzaladıqları bütün icra sərəncamları ləğv olunacaq.
O qeyd edib ki, Baydenin səlahiyyətlərinin ilk həftəsində imzaladığı 94 sənəd ölkənin cənub sərhədində iqtisadi böhrana səbəb olub.
Trampın Təhsil Departamentini ləğv etmək fikri ABŞ-da narahatlığa səbəb oldu. “The Wall Street Journal” xatırladıb ki, o, maliyyələşdirmə və sinif fəaliyyətləri üzərində nəzarəti gücləndirməyə və universitetlərdə solçu meylləri cilovlamağa söz verib. Siyasətçi Təhsil Nazirliyinin Əmək Nazirliyi ilə birləşdirilməsi təklifi ilə çıxış edib, lakin ABŞ Konqresi bunu təsdiq etməyib.
Tural
-
Magazin207:35Xalq artisti gənc nişanlısı ilə evlənmək üçün Putindən icazə alacaq
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi

























