ABŞ
ABŞ kəşfiyyatının yeni rəhbəri: Qarabağa qanunsuz səfər edib, Ukraynanın “qara siyahı”sındadır
Namizədliyi yeni seçilmiş prezident Donald Tramp tərəfindən irəli sürülən Milli Kəşfiyyatın gələcək direktoru Tulsi Qabbard keçmişdə indiki administrasiyanın rəsmi xətti ilə ziddiyyət təşkil edən bir sıra qalmaqallı açıqlamalar verib.
Piublika.az xəbər verir ki, 2022-ci ildə Demokrat Partiyasını tərk edən Qabbard qeyd edib ki, partiya üzvləri tamamilə “cinayətkarları qoruyan” və “nüvə müharibəsinə sürükləyən” “müharibənin qızışdıran elit dəstə” tərəfindən idarə olunur.
Siyasətçi bəyan edib ki, ABŞ Ukrayna münaqişəsində bu ölkənin xalqı, demokratiya və azadlıqla deyil, Rusiyada “rejimin dəyişməsi” ilə maraqlanır.
O, ABŞ və NATO-nu “Şimal axını”na zərbə vurmaqda ittiham edib. Qabbardın fikrincə, dünyanı nüvə müharibəsi astanasına gətirən, ən böyük nüvə potensialına malik ölkə olan Rusiya ilə münasibətləri kəskinləşdirən Baydenin siyasəti olub.
2022-ci ildə Qabbard "yalan məlumat" yaydığına görə Ukraynanın "qara siyahı”sına daxil edilib. Tulsi ABŞ hakimiyyətinin Amerika bioloji laboratoriyalarının mövcudluğunu inkar etməsini "şok" adlandırıb.
Onu da qeyd etmək lazımdır ki, Qabbard ABŞ-ın erməni strukturları ilə çox yaxın əlaqələr saxlayır. 2017-ci ildə o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi Forum çərçivəsində Qarabağa qanunsuz səfər edib.
Tural
-
Magazin202:42Məşhur türk aktrisa çimərlik geyimində poza verdi - FOTO
-
Hadisə01:41İsmayıllıdan acı xəbər - Ölən və yaralananlar var
-
Səhiyyə01:11Beyin yuxu zamanı necə işləyir? - Unikal proses
-
Qoroskop00:00Günün ulduz falı - Qorxmadan ilk addımı atın
-
ABŞ19 Mart 22:48Tramp bu dili öyrənəcəyinə söz verdi
-
Magazin119 Mart 22:36Şəbnəmdən İDDİALI AÇIQLAMA - “Onlara ən çox pul verən mənəm”
-
Sosial19 Mart 21:12Çak Norris xəstəxanaya yerləşdirildi
-
Magazin119 Mart 20:12Vəfa Şərifova ərə gedir? - “Haydı, salamat qalın”

































.jpg)
