ABŞ
Suriyadakı xarici terrorçular ölkəni tərk etməlidir: ABŞ kimləri nəzərdə tutur?
Türkiyə səfərini və Suriya ilə bağlı aktual məsələləri dəyərləndirən ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Con Bass Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anladıqlarını və Suriyadakı xarici terrorçuların ölkəni tərk etməli olduqlarını bildirib.
Publika.az xəbər verir ki, Bass Ankaradakı görüşdən sonra telekonfrans vasitəsilə mətbuat mənsublarına Türkiyə səfərini və Suriya ilə bağlı aktual məsələləri dəyərləndirib.
O, Türkiyədəki təmaslarının məhsuldar və konstruktiv olduğunu qeyd edib:
“Bir çox digər hökumətlərlə razıyıq ki, Suriya gələcəkdə xarici terror təşkilatları və ya xarici terrorçular üçün təhlükəsiz sığınacaq ola bilməz və olmamalıdır. Suriyadakı hər bir xarici terrorçunun ölkəni tərk etməli olduğuna inanırıq. Düşünürük ki, bu insanların əksəriyyəti öz hökumətləri ilə həyata keçirilən prosesin sonunda vətəndaşlıqlarına və ya mənşə ölkələrinə qayıtmalı və ədalət qarşısında cavab verməlidirlər”.
Bass “xarici terrorçular” ifadəsi ilə dəqiq nəyi nəzərdə tutduğunu açıqlamasa da, bu ifadənin Suriyada SDQ adını istifadə edən terror təşkilatı PKK/YPG üçün də keçərli olub-olmadığını açıqlamayıb.
O bildirib ki, Suriyada keçid prosesində ən mühüm elementi sabitlikdir:
“Bu keçid prosesi və əcnəbi terrorçuların ölkədən çıxması ilə bağlı birgə çalışmamız son dərəcə vacibdir. Bu prosesin Suriyada daha da qeyri-sabitliyə səbəb olmamasını və İŞİD-in daşıması üçün yeni imkanlar yaratmamasını təmin etməliyik”.
Aysel Şahmar
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA


















.jpg)


















