ABŞ
“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxdı
ABŞ-nin “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan kosmik aparatları daşıyan “Falcon 9” raketini orbitə buraxıb.
Publika.az xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.
“Falcon 9” raketinin USSF-317 missiyasının faydalı yükünü orbitə çıxardığı bildirilib.
Raket noyabrın 20-də axşam saatlarında ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb.
Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə məlumat açıqlanmayıb. ABŞ-nin “Spaceflight Now” ixtisaslaşmış nəşrinin məlumatına görə, orbitə, ehtimal ki, bir neçə peyk çıxarılıb. Lakin bu məlumatı nə ABŞ Kosmik Qüvvələri, nə də “SpaceX” təsdiqləyib.
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121 Noyabr 21:12Natavan bu fotoları evində çəkdirir - VİDEO

































