ABŞ
USAID-də "YARPAQ TÖKÜMÜ": ABŞ-da 2000 əməkdaşını ixtisar edir
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) iki min əməkdaşı işdən çıxarılmaları ilə bağlı elektron məktublar alıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
“Onlar 2000 (USAİD) əməkdaşını ixtisar edir və 1000-ə qədər xarici hərbçini ödənişli məzuniyyətə buraxırlar”, - nəşr yazır.
“Kritik əhəmiyyətli proqramlar” üzərində işləyənlər üçün istisnalar edilib. Nəşr vurğulayıb ki, işdən çıxarılma ABŞ-da yerləşən işçilərə təsir edib.
Fevralın əvvəlində ABŞ prezident administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “gülməli xərclər” siyahısını dərc edib. Sənəddə göstərilir ki, USAID “Serbiyanın iş yerlərində və biznes icmalarında bərabərliyin və inklüzivliyin təşviqi” üçün 1,5 milyon dollar, Kolumbiyada “transgender operası”na 47 min dollar və “LGBT fəallığına” 2 milyon dollar ayırıb.
Fevralın 12-də ABŞ Hökumətinin Səmərəliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask bildirib ki, USAID-in fəaliyyəti ilk növbədə digər ölkələrdəki seçkilərə təsir etmək məqsədi daşıyır. İş adamı vurğulayıb ki, istifadə olunan üsullar “şübhə doğurur”.
Hüseyn İbadlı
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı


















.jpg)


















