Sosial
İsti ilə mübarizə: Kondisionersiz şəraitdə rahat yuxu üçün 10 faydalı məsləhət
Yay mövsümü ilə birlikdə Avropada güclü istilər müşahidə olunur. Bir sıra ölkələrdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi, bəzi bölgələrdə isə gecə saatlarında temperaturun 20 dərəcədən aşağı enmədiyi “tropik gecələr”in yaşanacağı gözlənilir.
Publika.az xəbər verir ki, mütəxəssislər isti havalarda həm orqanizmi qorumaq, həm də rahat yuxu üçün bir sıra məsləhətlər veriblər.
Bildirilib ki, ilk növbədə gün ərzində kifayət qədər su qəbul etmək vacibdir. Orqanizmin daxildən soyuması üçün gündə 1,5-2 litr maye içilməsi tövsiyə olunur. Həmçinin sərin duş və ya vanna qəbul etmək bədən temperaturunun aşağı düşməsinə kömək edir.
Ekspertlər isti havalarda spirtli içkilərdən, eləcə də orqanizmi susuzlaşdıra bilən çay və qəhvədən uzaq durmağı məsləhət görürlər.
Rahat yuxu üçün maraqlı üsullardan biri də yatmazdan əvvəl yastıqüzünü və ya pijamanı bir müddət dondurucuda saxlamaqdır. Bundan başqa, sərinkeşin qarşısına buz dolu qab qoymaq otaqdakı havanı daha sərin edə bilər.
Mütəxəssislər gün ərzində açıq rəngli, yüngül geyimlərdən istifadə etməyi, günəş altında isə papaq və eynək taxmağı tövsiyə edirlər.
Yuxuya getmək çətinləşərsə, kitab oxumaq kimi sakitləşdirici məşğuliyyətlə diqqəti yayındırmaq və yorğunluq hiss etdikdən sonra yenidən yatağa qayıtmaq məsləhət görülür.
Mütəxəssislər bədəni tez soyutmaq üçün daha bir maraqlı üsulu da tövsiyə edirlər. Belə ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin zabitləri 1990-cı illərdən etibarən əlləri soyuq suya salmaq üsulundan istifadə edirlər.
Araşdırmalara görə, təxminən 15 dərəcə temperaturda olan suya əlləri salmaq bədənin soyumasını sürətləndirir və hər 10 dəqiqədə bədən temperaturunun təxminən 1 dərəcə aşağı düşməsinə kömək edir. Bu üsul istirahət və hərəkət arasında tez soyumağa ehtiyac duyan idmançılar tərəfindən də tətbiq olunur.
Bundan əlavə, mütəxəssislər bildirirlər ki, biləklərə və boynun yan hissələrinə buz qoymaq da bədən temperaturunun azalmasına kömək edə bilər. Səbəb isə həmin nahiyələrdə qan damarlarının dərinin səthinə daha yaxın yerləşməsidir.
Adəm
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
