ABŞ
Tramp açıq danışdı: Ukraynanın təhlükəsizliyini Avropa təmin edəcək – ABŞ-a isə Rusiyanın sərvəti lazımdır
ABŞ prezidenti Donald Tramp bildirib ki, münaqişə həll edildikdən sonra Ukraynanın təhlükəsizliyinə görə məsuliyyət Avropa ölkələrinin üzərinə düşəcək.
Publkika.az xəbər verir ki, Tramp bu barədə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında deyib.
"Heç bir şeyin baş verməməsinə Avropa əmin olacaq. Mən bunun böyük problem olacağını düşünmürəm. Biz münaqişəni həll etdikdən sonra Ukraynada daha müharibə olmayacaq", - Tramp deyib.
Eyni zamanda Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın nadir torpaq metallarının “böyük ehtiyatları”, eləcə də onun fikrincə, Amerikanın maraqları üçün istifadə oluna bilən digər “çox qiymətli ehtiyatları”nda maraqlıdır.
ABŞ prezidenti Rusiya lideri Vladimir Putinlə görüşmək niyyətini də təsdiqləyib və qeyd edib ki, hazırda belə bir görüşün detalları müzakirə olunur.
“Biz bütün təfərrüatlar üzərində işləyirik, amma bəli, nə vaxtsa mən prezident Putinlə də görüşəcəyəm”, – Tramp Ağ Evin Oval Ofisində deyib.
Tural
-
Magazin120:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü















.webp)
























