ABŞ
USAID-də MƏHVETMƏ ƏMƏLİYYATI - Çirkin əməllər belə ört-basdır edilir
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi işçilərə sənədləri, ilk növbədə rəsmi sənədləri məhv etməyi əmr edib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" daxili bülletenə istinadla məlumat yayıb.
USAID-in icraçı direktoru vəzifəsini icra edən Erika Karr agentliyin Vaşinqtondakı baş qərargahında arxivdə olan kağız sənədlərin davamlı olaraq parçalanması və yandırılması əmrini verib. Gizli seyflərdən və şəxsi sənədlərdən olan materiallar dərhal məhv edilməlidir.
Arxivlərin məhv edilməsi ilə yanaşı, onların tutduqları yerlər də digər qurumlara - ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə veriləcək.
Birləşmiş Ştatlar həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) bəzi layihələrini, o cümlədən Ukrayna ilə bağlı layihələrini maliyyələşdirməyi dayandırıb və bu, bir sıra proqramların bağlanmasına səbəb olub.
Bu layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib/
Hüseyn İbadlı
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"
-
Avropa18 Aprel 20:24Zelenski Kiyevdə ölənlərin sayını açıqladı





































