ABŞ
ABŞ əməliyyatları genişləndirir - İranı nə gözləyir?
Vaşinqton Yaxın Şərqdən kənarda, beynəlxalq sularda İranla əlaqəli gəmiləri ələ keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.
"Yaxın günlərdə Amerika hərbçiləri İranla əlaqəli neft tankerlərinə daxil olmağa və beynəlxalq sularda ticarət gəmilərini ələ keçirməyə hazırlaşırlar ki, bununla da öz hərbi-dəniz əməliyyatlarını Yaxın Şərq hüdudlarından kənara çıxarırlar", - materialda deyilir.
Qeyd edilib ki, Vaşinqtonun Tehrana iqtisadi təzyiqi gücləndirmək qərarı İslam Respublikasını Hörmüz boğazını yenidən açmağa və tərəflər arasında danışıqlar mövzusu olan nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etmək məqsədi daşıyır.
Aprelin 18-də İranın "Xatəm əl-Ənbiya" mərkəzi hərbi komandanlıq qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib ki, ABŞ tərəfindən törədilən çoxsaylı pozuntular və blokada adı altında gizlənən dəniz quldurluğu halları səbəbindən İran Hörmüz boğazı üzərində ciddi hərbi nəzarəti bərpa edib.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq




















.jpg)















.jpg)