Sosial
Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
Publika.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:
"Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi".
Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.
"Mənim 500-dən çox göyçə ağacım var. Hər ağacda 1-2 kiloqram məhsul olar, ya olmaz. Keçən il buna nisbətən daha yaxşı idi. Bu il məhsulumuz həddindən artıq zəifdir", - deyə digər fermer bildirib.
Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.
Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:
"Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik".
Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






































