ABŞ
Tramp zəng tarixini AÇIQLADI - Putinlə nələri müzakirə edəcək?
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbət zamanı ərazi və atom elektrik stansiyalarına nəzarət məsələsini qaldırmağı planlaşdırdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti2 məlumat yayıb.
"Biz elektrik stansiyaları haqqında danışacağıq, çünki bu, böyük bir məsələdir", - ABŞ lideri deyib.
Jurnalistlərə açıqlama verən Tramp martın 18-də Vladimir Putinlə telefon danışığını planlaşdırdığını bildirib.
Keçən həftə Putin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Vitkoff Rusiyaya təkcə Ukrayna məsələsini deyil, həm də Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə etmək üçün gəlib.
Vitkoff özü bildirib ki, Rusiya lideri ilə görüş 3-4 saat davam edib. O, bunun Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirə olduğunu vurğulayıb.
Hüseyn İbadlı
-
Region12:26Tramp İran xalqına müraciət etdi: Hər yerə bomba düşəcək, gizlənin
-
Dünya12:05İranla müharibə uzunmüddətli və dağıdıcı olacaq – Xəbərdarlıq edildi
-
ABŞ11:56"İranda mühüm hərbi əməliyyatlara başladıq" - Tramp
-
Yaxın Şərq10:30Yaxın Şərqdə vəziyyət gərginləşir - İsrail ordusu Livanın cənubunu vurdu
-
MDB10:10Məşhur qadın snayperçi müəmmalı qəzada öldü - FOTO
-
Hadisə09:41Şamaxıda növbəti dəfə zəlzələ oldu - Yeniləndi
-
İdman09:11Ronaldonun ortağıdır, amma Messini seçdi
-
Sosial07:15Ev tikmək istəyənlərin nəzərinə: Bu qaydaları bilməyənlər...




















.jpg)

.jpg)








.jpg)




