Barı atəşə tutdu: 3 ölü, 8 yaralı var
Bizi izləyin

ABŞ

Barı atəşə tutdu: 3 ölü, 8 yaralı var

ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində baş verən atışmada üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şəhər administrasiyasının nümayəndəsi Çienn Ketçum "ABC News" telekanalına açıqlamasında deyib ki, insident yaxta klubunun yaxınlığında baş verib. Orada naməlum silahlı şəxs açıq səma altındakı "American Fish Company" barına qayıqdan atəş açıb.

Silahlı şəxs daha sonra ərazidən uzaqlaşıb. Həmin şəxsin axtarışları aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm