ABŞ
ABŞ-ın “arxa bağçası”nda toqquşma: İkinci Yaxın Şərq ssenarisi işə düşür
ABŞ-ın “arxa bağçası” adlandırılan Latın Amerikasında Çinin təsiri getdikcə güclənir. Bölgədəki sol hakimiyyətlər BRİKS və Çin vektorlu siyasət yürüdürlər. Xüsusilə Braziliya, Venesuela, Kolumbiya və Meksika Çin təsiri ilə sürətlə ABŞ-dan uzaqlaşır. Bu ölkələr arasında əsas gərginlik xətti Venesueladır. Rusiya, Çin və İran ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxilə ssenarisinə qarşı çıxmağa hazırlaşır. Ekspertlər hesab edirlər ki, ABŞ-Çin rəqabəti Latın Amerikasını ikinci Yaxın Şərqə çevirə bilər.
Publika.az xəbər verir ki, İstanbul Aydın Universitetinin professoru Canan Tercan ABŞ-ın Latın Amerikasındakı zəifləyən təsirini qaytarmaq üçün bütün vasitələrə əl ata biləcəyini hesab edir.
O, Venesuelada baş verənlərə diqqət çəkir. Qeyd edir ki, İkinci Dünya müharibəsində ABŞ-ın ən yaxın müttəfiqi və yanacaq tədarükçüsü olan Venesuela 1970-ci illərdə böyük neft yataqlarına rəğmən, yoxsul ölkəyə çevrildi: “Əhalinin 40 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Buna paralel olaraq, Venesuelanın neft yataqlarını idarə edən ABŞ şirkətləri qazanırdı. 2000-ci illərdə ABŞ-dan ayrılmaq istəyən Çavezin sol hökuməti uğursuz çevriliş cəhdi ilə üzləşdi. Ondan sonra gələn prezident Maduro da Çavezin siyasətini davam etdirdi. Bu, təbii sərvətlərin milliləşdirilməsi və sosial problemlərin həllindən ibarət idi. Lakin ABŞ-ın sanksiyaları nəticəsində ölkədə yoxsulluq, cinayət və narkotik aludəçiliyi artmağa başladı. 2019-cu ildə ABŞ və müttəfiqləri diplomatik çevriliş planı ilə seçkiləri qazanan Maduronu deyil, müxalifət lideri Quaidonu prezident elan etdilər. Amma Quaidonu nə ordu, nə də xalq qəbul etdi, nəticədə o, ABŞ-a qaçdı. Bu vəziyyət ABŞ-ın Venesuelaya qarşı sanksiyalarını daha da artırması ilə nəticələndi və yoxsulluq 90 faizə qədər yüksəldi”.
Canan Tercan bildirib ki, Latın Amerikası ölkələrindəki mənzərə eynidir: “Xaos, yoxsulluq və çevrilişlərlə ölkələri zəiflədirlər. Təbii sərvətlərini ABŞ olmadan idarə etmək istəyən ölkələr iqtisadi təzyiqlə üzləşir. Kolumbiya da ABŞ-ın “arxa bağçası” idi. ABŞ-ın bölgədəki ən əhəmiyyətli hərbi bazaları bu ölkədə olub. Braziliya da analoji vəziyyətdir. İllərlə ABŞ-a xidmət etsə də, inkişaf edə bilmədi. Ölkənin təbii sərvətlərini mənimsədilər. 2000-ci illərdə İşçi Partiyası hakimiyyətə gəldi və ABŞ-dan uzaqlaşaraq, Çin və BRİKS-ə yaxınlaşdı, buna görə də Vaşinqtonun təzyiqi altına düşdü. Bölgədə ən acınacaqlı vəziyyət isə Çilidədir. 1973-cü ildə ABŞ-ın dəstəklədiyi “Operation Condor” kod adlı əməliyyatla general Auqusto Pinoçet demokratik yolla seçilən sosialist prezident Salvador Allendeni devirdi, bundan sonra ölkədə qiyamət baş verdi. Santiaqo Milli Stadionda minlərlə müxalifətçi həbs olundu, ingəncələrə məruz qaldı və öldürüldü. 1973-cü ilin payızında stadionda 40 min insan həbs edilib, beynəlxalq hesabatlara görə, on minlərlə insan öldürülüb. Qvetamala, Argentina, Nikaraqua, El Salvador və bir sıra ölkə ABŞ-ın hərbi çevriliş planlarının qurbanı olub”.
Türkiyəli mütəxəssis 2000-ci ilərdə Latın Amerikasında sol hərəkatının yenidən gücləndiyini, ABŞ-a qarşı müstəqillik bloku formalaşdığını qeyd edib.
“BRİKS bu prosesə dəstək verir. Çin və Rusiya bölgədə güclənir. Çin Latın Amerikasına investisiyalar yatırır və enerji mənbələrini qoruyur. BRİKS isə bölgədə müqavimətin və gələcəyin simvoluna çevrilir. İran da bölgəyə din üzərindən daxil olur, eyni zamanda, enerji, hərbi və ticarətdə əlaqələrini genişləndirir. Bura narkotika alveri də daxildir. Latın Amerikası Çin və ABŞ-ın rəqabət platformasına çevrilib. ABŞ həm “arxa bağçası”nı itirmək, həm də Çinin burada güclənməsini istəmir. Bu rəqabət Latın Amerikasında xaosu artırır, cinayətkar qrupların önə çıxmasına zəmin yaradır. Nəticədə Latın Amerikasının Yaxın Şərq ssenarisi ilə üzləşməsi riski yarana bilər”, - o vurğulayıb.
Asif
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
















.jpg)




















