Dünya
Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyur
Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski bildirib.
Onun sözlərinə görə, yeni qanun layihəsi üzərində iş gedir. Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.
Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni təhsil naziri Barbara Novaçka da dəstəkləyir.
Xatırladaq ki, ötən il Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə oldu. Türkiyədə Parlament 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsini qəbul edib. Avropa İttifaqı ölkələri: Fransa, Danimarka, Avstriya və İspaniya da öz milli yaş limitlərini yenidən nəzərdən keçirərək sərt qadağalar tətbiq ediblər.
Yunanıstan 15 yaşdan aşağı, Moldova isə 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağaları tətbiq etməyi təklif edib. Böyük Britaniya hökuməti də 16 yaş həddi ilə bağlı oxşar tədbirlər planlaşdırır.
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR








.jpg)



























