ABŞ
Hücum planı Donald Trampa təqdim edildi - Hədəfdə bu ölkədir
Pentagon ABŞ Prezidenti Donald Trampa Venesuelaya qarşı potensial hərbi əməliyyat planlarını təqdim edib, bu planlara quru zərbələri də daxildir.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadla CBS telekanalı məlumat yayıb.
“Yüksək vəzifəli hərbi rəsmilər çərşənbə günü prezident Trampa Venesuelada mümkün əməliyyatların yenilənmiş variantlarını, o cümlədən quru zərbələrini təqdim ediblər”, – xəbərdə qeyd olunub.
CBS-in məlumatına görə, ABŞ-ın Venesuelaya qarşı atacağı addımlar barədə yekun qərar hələ qəbul edilməyib.
Telekanal xatırladıb ki, Venesuela çərşənbə axşamı ölkə üzrə genişmiqyaslı hərbi təlimlərin başladığını elan edib. Bildirilir ki, təlimlərdə təxminən 200 min hərbi qulluqçu iştirak edir.
Xatırladaq ki, ABŞ-ın ən böyük aviadaşıyıcısı "USS Gerald R. Ford" Latın Amerikası və Karib hövzəsini əhatə edən Cənub Komandanlığının məsuliyyət zonasına daxil olub. Oktyabr ayında Pentaqon aviadaşıyıcının və onun zərbə qrupunun regiona göndəriləcəyini, bunun da Müdafiə Nazirliyinin “narkotiklərlə mübarizə səylərinə dəstək” adlandırdığı əməliyyat çərçivəsində həyata keçiriləcəyini bildirmişdi.
Hüseyn İbadlı
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
-
Sosial5 May 21:36Anası o uşaqdan imtina etdi
-
Magazin25 May 21:12Gənc aktrisa faciəvi şəkildə həlak oldu - FOTO



























.png)

.jpg)





