ABŞ
Tramp daimi yuxusuzluğunun səbəbini açıqladı
Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp sıx iş qrafikinə görə yuxusuzluqdan şikayətlənib.
Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
"O (Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman - red.) çox yatmır, mən də çox yatmıram. Düşünürəm ki, biz eyni səhifədəyik; ölkələrimiz haqqında düşünürük", - Ağ Ev rəhbəri deyib.
Tramp öz vəziyyətini sələfi Co Baydenin hər yerdə, hətta çimərlikdə belə yuxuya gedərək bütün rekordları qıran “yuxulu” rejimi ilə müqayisə edib.
“O, mətbuatın gözü qarşısında çimərlikdə yuxuya gedə bilən yeganə oğlandır”, – deyə Tramp Bayden haqqında bildirib.
Oktyabrın 29-da ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlayıb ki, uzunmüddətli uçuşlar zamanı ABŞ prezidenti yatmağı sevmir. Onun sözlərinə görə, Tramp uçuşlar zamanı "Air Force One" təyyarəsinin göyərtəsində dolaşır və tərəfdarlarını oyaq saxlamaq üçün oyadır. Vens əlavə edib ki, təxminən bir gün davam edən bütün səfər ərzində Tramp cəmi bir neçə saat yuxu ala bilir.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar

































