ABŞ
Trampın reytinqi rekord həddə düşdü
ABŞ Prezidenti Donald Trampın reytinqi 2025-ci il yanvarın 20-də andiçmə mərasimindən bəri ən aşağı səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, bu qənaətə "Reuters" və "Ipsos"un 14-17 noyabr tarixlərində birgə keçirdiyi sorğunun nəticəsindən sonra gəlinib.
Trampın prezident kimi fəaliyyəti respondentlərin 38%-i tərəfindən bəyənilib. Respondentlərin 60%-i əks cavab verib. Bu, Trampın ən aşağı reytinqidir. Yanvar ayında 47% idi və o vaxtdan bəri 40%-dən aşağı düşməyib. Noyabrın əvvəlində keçirilən son sorğu ilə müqayisədə Trampın reytinqi 2% aşağı düşüb.
Tədqiqatçıların sözlərinə görə, respondentlər ölkədə bahalaşmadan və uşaqlara təcavüzdə ittiham olunan maliyyəçi Cefri Epşteynin işinin istintaqının aparılmasından narazılıqlarını bildiriblər.
Avqustun 25-də Tramp amerikalılar arasında populyarlığını rekord səviyyədə olduğunu elan edib və medianı uydurmalarda ittiham edib.
Hüseyn İbadlı
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar

































