ABŞ
Ronaldo Ağ Evdə şam yeməyində: Trampın ailəsi ilə görüşdü - VİDEO
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfəri şərəfinə Ağ Evdə keçirilən qala-ziyafətin xüsusi qonaqlarından biri Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo olub.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin məlumatına görə, Ronaldo ABŞ prezidenti Donald Trampın ailəsi ilə görüşüb. Amerika lideri 19 yaşlı oğlu Barronun uzun müddətdir ki, Ronaldonun heyranı olduğunu və onunla şəxsən görüşməkdən çox məmnun qaldığını bildirib.
"Barron və Kriştiano görüşdülər. Deyəsən, Barron atasına bir az daha çox hörmət edəcək, sadəcə mən onları görüşdürdüyüm üçün", - ESPN Trampın sözlərindən sitat gətirib.
Şam yeməyində FİFA prezidenti Canni İnfantino, “Amazon”un qurucusu Ceff Bezos və sahibkar İlon Mask da olub.
Tural
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar

































