ABŞ
Rubio növbəti HƏDƏFİ AÇIQLADI - ABŞ oranı mütləq ələ keçirəcək
"Vaşinqton hərbi müdaxilədənsə, Qrenlandiyanı almağa üstünlük verir".
Publika.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Nəşrin məlumatına görə, Rubio bunu 5 yanvarda ABŞ Konqresinin üzvləri üçün keçirilən qapalı brifinqdə açıqlayıb . Brifinqdə həmçinin Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak ediblər. Görüşdə Venesueladakı hərbi əməliyyat müzakirə olunub, lakin Senatın Demokratlar Partiyasının lideri Çak Şumer ( D-NY ) administrasiyanın digər bölgələrdə, xüsusən də Meksika və ya Qrenlandiyada güc tətbiq etməyi nəzərdən keçirib-keçirmədiyini soruşub.
Dövlət katibi Donald Tramp administrasiyasının son sərt açıqlamalarının qaçılmaz müdaxilə əlaməti kimi şərh edilməməli olduğunu bildirib və əsas məqsədin adanın Danimarkadan potensial olaraq alınması məsələsi olduğunu vurğulayıb .
“The Wall Street Journal” qəzeti qeyd edib ki, Tramp və onun administrasiyasındakı bir sıra yüksək vəzifəli şəxslər ictimai bəyanatlarında Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə ehtimalını istisna etmirlər.
Hüseyn İbadlı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı














.jpg)








.jpg)

.jpg)



.webp)










