ABŞ
“Yer üzündə cəhənnəm”in YENİ ULDUZU - Məşhur reper Maduro ilə eyni həbsxanaya yerləşdirildi
Məşhur amerikalı reper, "Tekashi 6ix9ine" təxəllüsü ilə tanınan Daniel Ernandes Nyu-Yorkun Bruklin şəhərində yerləşən və məşhur şəxslərin saxlanıldığı istintaq təcridxanasına düşən növbəti “ulduz” məhbus olub.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirlib ki, sənətçi yaxın üç ay ərzində həmin təcridxanada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro ilə eyni müəssisədə qalacaq.
Məlumata əsasən, musiqiçi əvvəlcədən razılaşdırılmış vaxtda istintaq təcridxanasına könüllü şəkildə gəlib. "Tekashi 6ix9ine" 90 gün müddətinə azadlıqdan məhrum ediləcək. Onun həbsinə şərti azadlıq qaydalarını pozması səbəb olub.
Reper daha əvvəl Venesuela lideri ilə birlikdə rəqs etmək istədiyini açıqlamışdı.
"NewsNation" portalı yazıb ki, Nikolas Maduro amerikalı reper Pi Diddinin də saxlanıldığı, “ulduzlar həbsxanası” kimi tanınan bu müəssisəyə yerləşdirilib. Sözügedən təcridxana sərt saxlanma şəraitinə görə “yer üzündə cəhənnəm” adlandırılır.
Burada daha əvvəl R. Kelli, Gisleyn Maksvel və kriptovalyuta fırıldaqları ilə tanınan Sem Benkmen-Frid də saxlanılıb.
Məhbuslar dəfələrlə ağır şəraitdən şikayət ediblər, bəzi amerikalı hakimlər isə təqsirləndirilən şəxslərin bu müəssisəyə göndərilməsindən imtina ediblər.
Hüseyn İbadlı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı




































