ABŞ
Məşhur sovet casusu öldü: ABŞ-ın 100-dən çox kəşfiyyat əməliyyatını pozmuşdu - FOTO
Moskvaya casusluq etdiyinə görə Amerika həbsxanasında ömürlük həbs cəzası çəkən Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əks-kəşfiyyat zabiti Oldriç Eyms vəfat edib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Həbsxanalar Bürosu məlumat yayıb.
Bildirilir ki, Eyms 5 yanvar 2026-cı ildə vəfat edib. Onun 84 yaşı olub.
Qeyd edək ki, Oldriç Eyms sovetlərə çoxlu sayda gizli sənəd satıb. Ondan əldə edilən məlumatlar SSRİ və Rusiyada çoxsaylı MKİ agentlərinin həbs olunmasına və 100-dən çox ABŞ kəşfiyyat əməliyyatının uğursuzluğuna səbəb olub.
28 aprel 1994-cü ildə casus ömürlük həbs cəzasına məhkum edilib. O, cəzasını İndiana ştatındakı Terre Haute Maksimum Təhlükəsizlik Həbsxanasında çəkib.
Xatırladaq ki, 2025-ci ilin mart ayında 20-ci əsrin ən məşhur casuslarından biri olan Oleq Qordievski Böyük Britaniyada vəfat edib. Böyük Britaniyaya qaçan keçmiş KQB agentinin 87 yaşı var idi. KQB polkovniki olan Qordievski ən azı 11 il Britaniya MI6-da çalışıb. Casus onlarla həmkarına və QRU zabitinə xəyanət edib.
Adəm

-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı














.jpg)








.jpg)

.jpg)



.webp)










