ABŞ
Tramp dayanmır: Bu ərazini almaq üçün silahlar işə düşəcək
ABŞ prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanı ABŞ-a birləşdirmək məqsədilə müxtəlif variantları, o cümlədən ABŞ ordusundan istifadə imkanını da nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Livitt açıqlama verib.
Onun sözlərinə görə, Tramp Qrenlandiyaya sahib olmağın ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından vacib olduğunu dəfələrlə vurğulayıb:
“Tramp, həmçinin bunun Arktika bölgəsindəki düşmənlərimizi cilovlamaq baxımından həyati əhəmiyyət daşıdığını açıq şəkildə bildirib. Prezident və komandası bu mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları müzakirə edir və ABŞ ordusundan istifadə də hər zaman onun əlində olan seçimlərdən biridir”, - deyə Livitt bildirib.
Ağ Evin bu açıqlaması Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyəti ilə bağlı son bəyanatından sonra səsləndirilib.
Tramp əvvəlki çıxışında Qrenlandiyanın ABŞ üçün strateji və təhlükəsizlik baxımından mühüm ərazi olduğunu və adaya sahib olmağın xüsusilə Rusiya və Çin kimi rəqiblərə qarşı üstünlük qazandıracağını qeyd etmişdi. Onun sözlərinə görə, Arktika regionu gələcəkdə qlobal güclər arasında əsas rəqabət meydanlarından birinə çevriləcək və ABŞ bu bölgədə mövqeyini gücləndirməlidir.
Akqabay
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı














.jpg)








.jpg)

.jpg)



.webp)










