ABŞ
Tramp Venesueladakı əməliyyatın məqsədini AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Venesueladakı hərbi əməliyyatın məqsədlərindən birinin qlobal neft qiymətlərini aşağı salmaq olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə danışıb.
Amerika lideri qeyd edib ki, artıq Venesuelada iri neft şirkətləri fəaliyyət göstərəcək. Siyasətçinin sözlərinə görə, bu şirkətlər xeyli məbləğdə gəlir əldə edəcəklər, bu vəsaitlərin bir hissəsi Bolivar Respublikasına, bir hissəsi isə ABŞ-a gedəcək.
Tramp hesab edir ki, ABŞ Venesueladakı hərəkətləri ilə regiona sabitlik gətirib.
"Biz sabitlik yaratdıq və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, indi bir çox hallarda benzinin bir qallonu 1,99 dollardır", - deyə ABŞ Prezidenti bildirib.
O əlavə edib ki, sələfi Co Baydenin dövründə qiymətlər bir qallon üçün 4,50 dollar və ya 5 dollar idi.
Yanvarın 3-də ABŞ Venesuelaya hücum edib və paytaxt Karakasda və Fort Tiuna hərbi bazasında partlayışlar baş verib. Hücumlardan sonra Tramp əməliyyatın uğurla başa çatdığını, ABŞ qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını əsir götürdüyünü elan edib.
Hüseyn İbadlı
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...






















.jpg)
.jpg)




.webp)









