ABŞ
Valideynlərini də öldürüb: Trampa sui-qəsd hazırlayan yeniyetmə hər şeyi boynuna aldı
Viskonsin sakini Nikita Kasap ittiham tərəfi ilə bağlanmış müqavilənin bir hissəsi olaraq ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdi zamanı valideynlərini öldürməkdə günahını etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Aprel ayında Kasapın iki qətldə və cəsədlərin gizlədilməsi ittihamı ilə ittiham olunduğu bildirildi. Müstəntiqlər gəncin prezidentə qarşı sui-qəsddə də iştirak etdiyinə inanırdılar. Onun telefonunda nasistlərdən ilhamlanan materiallar, eləcə də Trampa qarşı sui-qəsd cəhdinə çağırdığı iddia edilən sənədlər tapılıb.
Televiziya kanalının reportajında bildirilir ki, valideynlərini öldürməkdə və prezidentə qarşı sui-qəsd planını maliyyələşdirmək üçün onların pullarını oğurlamaqda ittiham olunan Viskonsin sakini prokurorlarla bağlanmış etiraf müqaviləsinin bir hissəsi olaraq iki ittiham üzrə özünü təqsirli bilib.
İlkin məlumatlara görə, Kasap anasını və ögey atasını 11 fevral 2025-ci ildə öldürüb. O, çürümüş cəsədlərlə birlikdə evdə yaşayıb, daha sonra 14.000 dollar, zinət əşyaları götürərək mənzili tərk edib. Kasap 28 fevralda Kanzasda həbs edilib.
İttihamlarda deyilir ki, gənc oğlan dron və partlayıcı maddələr alıb, nasist baxışlarını ifadə edən və Ağ Ev prezidentinin öldürülməsinə, Amerika hökumətinin devrilməsinə çağıran manifest yazıb. Yeniyetmənin rus dilində danışan naməlum şəxslə yazışdığı və valideynlərinin qətlindən sonra bu şəxslə Ukraynaya qaçmaq planını müzakirə etdiyi iddia edilir.
Yekun hökm martın 5-də açıqlanacaq.
Tural
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür






.jpg)






























