ABŞ
Tramp Rza Pəhləvidən danışdı: O, yaxşı insandır, amma...
ABŞ Prezidenti Donald Tramp İran müxalifətinin tanınmış simalarından biri olan Rza Pəhləvinin ölkə daxilində geniş ictimai-siyasi dəstək qazana biləcəyinə şübhə etdiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Reuters"ə müsahibəsində danışıb. ABŞ prezidenti qeyd edib ki, hazırda İrana rəhbərlik edəcək konkret fiquru dəstəkləmir.
“Düşünürəm ki, o, yaxşı insandır, amma öz ölkəsində necə qəbul olunacağını bilmirəm. Onun liderliyinin qəbul ediləcəyinə əmin deyiləm”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, əgər İranda siyasi sistem dəyişərsə, ölkəni maraqlı və mürəkkəb bir dövr gözləyə bilər. Onun sözlərinə görə, istənilən rejimin süqutu mümkündür, lakin bu prosesin nəticələri əvvəlcədən proqnozlaşdırıla bilməz.
Qeyd edək ki, Rza Pəhləvi 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk edib və hazırda xaricdə yaşayır. O, son dövrlər ABŞ mediasında çıxış edərək Vaşinqtonu İranda etirazçılara daha fəal dəstək göstərməyə çağırır. (Teleqraf)
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto















.jpg)






.jpg)













