ABŞ
Trampın lənət oxuduğu fəhləyə xalq yardımı davam edir: Görün nə qədər ianə alıb
ABŞ prezidenti Donald Trampı təhqir edən Detroytdakı "Ford" zavodunun işçisi T.J. Sabulaya 800.000 dollardan çox ianə verilib.
Publika.az xəbər verir ki, bu barədə "GoFundMe" kampaniyası məlumat yayıb.
Platformada yerləşdirilən ianə toplama kampaniyalarından birinin təsvirində Sabula, "Prezident Donald Trampı pedofillərin müdafiəçisi adlandıran" Amerika vətənpərvəri adlandırılır. İşçini dəstəkləmək üçün ianələr müvafiq olaraq 481.000 və 330.000 dollar təşkil edib.
Qeyd olunur ki, Sabula Tramp hadisəsi ilə bağlı istintaq aparılana qədər şirkətdən uzaqlaşdırıldığını açıqlayıb. O, hərəkətlərindən peşman olmadığını və siyasi qisas hədəfinə çevrildiyini vurğulayıb.
Xatırladaq ki, hadisə Trampın Miçiqandakı "Ford" zavoduna səfəri zamanı baş verib. ABŞ prezidenti onu "pedofillərin müdafiəçisi" adlandıran Sabulaya orta barmağını göstərib və sonra "Sənə lənət olsun" deyib.
Adəm
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto















.jpg)






.jpg)













