ABŞ
Zəhərli göbələk daha 4 can aldı
ABŞ-ın Kaliforniya ştatında dörd nəfər göbələkdən zəhərlənib və onları xilas etmək mümkün olmayıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Qeyd edilib ki, zəhərli göbələklərin istehlakı nəticəsində daha üç zərərçəkmişə qaraciyər transplantasiyası tələb olunub.
Bildirilir ki, rütubətli və isti hava şəraiti fonunda ştatda solğun əzvay göbələkləri (Amanita phalloides) geniş yayılıb və onları yeməli göbələklərlə səhv salmaq çox asandır.
Bununla əlaqədar Kaliforniya Səhiyyə Departamenti ştat sakinlərinə cari ildə hər hansı növ göbələk toplamaqdan qəti şəkildə çəkinməyi tövsiyə edib.
Qurumun məlumatına görə, noyabrın ortalarından başlayaraq ştatda solğun əzvaydan zəhərlənmə ilə bağlı otuza yaxın hal qeydə alınıb. Bu hadisələr nəticəsində bir çox insanda tibbi müdaxilə tələb edən qaraciyər çatışmazlığı və ya qaraciyər zədələnmələri inkişaf edib.
Zərərçəkənlərin bəziləri reanimasiya şöbələrinə yerləşdirilib.
Hüseyn İbadlı
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ



























.jpg)









