ABŞ
Maçado Ağ Evi məyus etdi - “ABŞ onun maraqları naminə deyil...”
ABŞ prezidenti Donald Trampa yaxın olanlar Venesuela müxalifət lideri Maria Karina Maçadodan getdikcə daha çox məyus olur və onu dağıdıcı amil adlandırırlar.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Ağ Evin adını açıqlamayan müşaviri bildirib ki, Maçadonun Venesuelada bir il ərzində seçkilərin keçirilməsi ilə bağlı bəyanatı Vaşinqtonda mənfi reaksiya doğurub. Nəşrin həmsöhbəti vurğulayıb ki, ABŞ Venesuelada Maçadonun maraqları naminə deyil, öz milli təhlükəsizliyini təmin etmək məqsədilə hərəkət edib.
Mənbə hesab edir ki, o, dağıdıcı amildir və ABŞ-ın milli təhlükəsizlik məqsədlərinə qarşı işləyir.
Ağ Evin Maçadodan narazı qalmasının yeganə səbəbinin bu olmadığı dəqiqləşdirilir. Xüsusilə, mənbələr Venesuelada islahatların aparıldığı dövrdə onun səbirli olacağına ümid etdiklərini bildiriblər.
Bundan əvvəl Maçado özünün Nobel Sülh Mükafatı medalını ABŞ Prezidentinə hədiyyə etmişdi. Bu hədiyyədən sonra Amerika lideri müxalifətçini möhtəşəm qadın adlandırmışdı.
Hüseyn İbadlı
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ











.jpg)















.jpg)









