ABŞ
ABŞ-da qüvvələr birləşdi - Hipersəs raketlərinin effektivliyi artırılır
ABŞ-ın iki aparıcı aerokosmik şirkəti - "GE Aerospace" və "Lockheed Martin", fırlanan detonasiyalı birbaşa axınlı hava-reaktiv mühərriki (RDDJ) yaratmaq üçün səylərini birləşdirir.
Publika.az xəbər verir ki, birbaşa axınlı hava-reaktiv mühərriklərinin bir sıra üstünlüklərinə (məsələn, hərəkət edən hissələrin olmaması) baxmayaraq, onun işə düşməsi üçün 3 Max sürətinə qədər sürətlənmə tələb olunur ki, bu da güclü raket sürətləndiricisi ehtiyacı yaradır.
"GE Aerospace" və "Lockheed Martin" bu problemi detonasiya olunan yanacağın hipersəs dalğasından istifadə edən fırlanan detonasiya mühərrikinin köməyi ilə həll etməyi təklif edirlər. Nəticədə yanacaq qarışığının yanması zamanı təzyiqi saxlayan özünü təmin edən dövrə formalaşır.
Belə mühərrikin səmərəliliyi adilərdən 25% daha yüksəkdir ki, bu da onu daha yüngül və yığcam etməyə imkan verir. RDDJ səsdən aşağı, supersəs və yanma kamerasının mövcudluğu halında həmçinin hipersəs sürətlərində işləyə bilər. "Lockheed Martin" artıq ikirejimli birbaşa axınlı RDDJ üçün yüksək sürətli taktiki hava qəbuledicisi hazırlayıb. Mühərrik müxtəlif hündürlüklərdə işləyə bilər, lakin bunun reallaşdırılması üçün mürəkkəb zərbə dalğalarını idarə edə biləcək mürəkkəb hidrodinamik hesablama modelləri tələb olunur.
Hüseyn İbadlı
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ



























.jpg)









