ABŞ
Hillari Klinton: "Ukraynanı Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır!"
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı ABŞ administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı mövqeyini rüsvayçılıq adlandırıb. Hillari Klinton Ukraynanın Rusiyaya qarşı mübarizə apara bilməsi, bu ölkəyə zərbələr endirməsi üçün Kiyevə uzaqmənzilli "Tomaqavk" qanadlı raketləri verilməsini istəyib.
Klinton Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı bildirib ki, "Ukraynanı Rusiya Prezidenti Vladimir Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır".
O qeyd edib ki, bu gün Ukrayna cəbhə xəttində ona görə vuruşur ki, Qərbin demokratik dəyərlərini, azadlıq və sivilizasiya dəyərlərimizi müdafiə etsin. Klinton həmçinin vurğulayıb ki, Amerika lideri Donald Tramp ya onların çəkdiyi əzab-əziyyətin miqyasını anlamır, ya da buna sadəcə laqeyd yanaşır. Siyasətçi həmçinin Ağ Ev rəhbərini Qərb birliyini və beynəlxalq öhdəlikləri pozmaqda günahlandırıb.
"O, Qərbi satdı. Tramp insani dəyərlərə xəyanət etdi. O, NATO Nizamnaməsinə, Atlantik Xartiyaya, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xəyanət etdi!",- Klinton gileylənib.
Tural
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu



































