ABŞ
Vaşinqton üçün potensial risklər - Trampa məruzə edildi
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı ərəfəsində Prezident Donald Tramp bir sıra müşavirələr keçirib və bu görüşlərdə ona Vaşinqton üçün potensial risklər barədə məlumat verilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Amerika administrasiyasının anonim nümayəndəsinə istinadla məlumat yayıldı.
Mənbənin bildirdiyinə görə, hücumdan dərhal əvvəl Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Den Keyn, Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset də daxil olmaqla əsas fiqurlarla bir sıra görüşlər keçirib.
Digər bir rəsmi şəxs bildirib ki, zərbə barədə qərar qəbul edilməzdən əvvəl Ağ Ev İrana qarşı əməliyyatlarla bağlı müxtəlif risklər, o cümlədən regiondakı çoxsaylı Amerika bazalarına mümkün cavab raket zərbələri, habelə İraq və Suriyadakı Amerika qoşunlarına İran tərəfindən dəstəklənən qüvvələrin ehtimal edilən hücumları barədə məlumatlandırılıb.
Rəsmi şəxs əlavə edib ki, Birləşmiş Ştatların hərbi iştirakının əhəmiyyətli dərəcədə gücləndirilməsinə baxmayaraq, regionda yerləşdirilən hava hücumundan müdafiə sistemləri hər şeyə qadir deyil.
Hüseyn İbadlı
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU



































