ABŞ
Tramp Xameneinin ölümünü rəsmən təsdiqlədi - Yeniləndi
ABŞ Prezidenti Donald Tramp İranın ali din lideri Əli Xameneinin ölümünü rəsmi olaraq təsdiqləyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Xamenei öldü... O, kəşfiyyat vasitələrindən və yüksək texnologiyalı izləmə sistemlərindən yayına bilmədi. Bu, təkcə İran xalqı üçün deyil, həm də Xamenei və onun qana susamış quldur dəstəsinin öldürdüyü və ya şikəst etdiyi bütün böyük amerikalılar və dünyanın bir çox ölkələrindən olan insanlar üçün bir ədalətdir”, - Amerika lideri qeyd edib.
ABŞ lideri Xameneini "tarixin ən şər adamlarından biri“ adlandırıb.
Trampın sözlərinə görə, Vaşinqton İranın SEPAH nümayəndələrindən, hərbçilərindən, polisindən və təhlükəsizlik qüvvələrindən müharibə etmək istəmədikləri və təhlükəsizlik zəmanəti almağa çalışdıqları barədə siqnallar alır.
O qeyd edib ki, Xamenei və "digər liderlər" İsrail ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində öldürülüb.
"Buna baxmayaraq, kütləvi və dəqiq bombardmanlar bütün həftə ərzində və ya məqsədimizə - bütün Yaxın Şərqdə və sözsüz ki, bütün dünyada sülhə nail olana qədər fasiləsiz davam edəcək!" - deyə Tramp bəyan edib.
xxx
01:11
Vaşinqton respublika ərazisinə endirilən zərbələr zamanı İran rəhbərliyini "neytrallaşdırmağa" nail olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində bildirib.
"Onların bir çoxu neytrallaşdırılıb, bəli. Hamısı barədə yox, amma çoxu haqqında məlumatımız var. Bu, çox güclü zərbə idi", - deyə Amerika lideri qeyd edib.
Tramp əlavə edib ki, Vaşinqtonun artıq İranın növbəti rəhbəri barədə çox yaxşı təsəvvürü var.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. İslam Respublikasının bir çox şəhərləri hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.
KİV-lər İrana endirilən hərbi zərbələrin hədəfinin ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkiyan olduğunu bildirib. Peyk görüntüləri Xameneinin Tehrandakı iqamətgahının tamamilə dağıldığını göstərib, mətbuatda isə ayətullahın ləğv edilməsi ilə bağlı iddialar yayılıb, çünki zərbələrdən sonra o, ictimaiyyət qarşısına çıxmayıb. Bununla belə, İran XİN rəhbəri "demək olar ki, bütün rəsmi şəxslərin təhlükəsizlikdə və sağ olduğunu" bəyan edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov






































