ABŞ
“İndi İranla razılığa gəlmək daha asan olacaq” - Tramp
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika ordusunun İslam Respublikasına zərbələr endirməsindən sonra İranla razılığa gəlmək "bir gün əvvəlkindən daha asan olub".
Publika.az xəbər verir ki, onun sözlərini "CBS" kanalı sitat gətirib.
"İndi bu, bir gün əvvəlkindən qat-qat asandır. Bu, aşkar görünür", - deyə o bildirib.
Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı "Epik Qəzəb" adlı hərbi əməliyyata başlayıb.
Martın 1-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp "tarixin ən şər adamlarından biri" olan Əli Xameneinin öldüyünü bəyan edib. Həmin vaxt "Tasnim" agentliyi ali rəhbərin döyüş əməliyyatlarına əməliyyat qərargahından rəhbərlik etməyə davam etdiyini iddia edirdi.
Daha sonra İranda ölkənin ali rəhbəri Əli Xameneinin ölümü rəsmən təsdiqlənib. Bununla əlaqədar ölkədə 40 günlük matəm elan edilib.
"Fars" agentliyi həmçinin məlumat verib ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ali rəhbər Əli Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlinlərindən biri də həlak olub.
Hüseyn İbadlı
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək




































