ABŞ
İsrail Pentaqonu belə qorxuya saldı - ABŞ rəsmiləri birdəfəlik telefonla danışırlar
Pentaqon İsrailin ABŞ-a qarşı casus əməliyyatlarını gücləndirə biləcəyindən getdikcə daha çox narahat olmağa başlayıb. Qurum bu istiqamətdə gələn təhdid səviyyəsini maksimuma qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Telekanalın məlumatına görə, Pentaqonda belə bir qorxu yaranıb ki, Tel-Əviv Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarla bağlı müzakirələri və qərar qəbuletmə prosesləri barədə məlumatları əldə etmək üçün xüsusi tədbirlər görə bilər.
Məqalədə o da bildirilib ki, yüksək vəzifəli Amerika rəsmiləri İsrailə səyahət edərkən "Burner" telefon (Birdəfəlik telefonlar-məxfiliyi qorumaq, anonim qalmaq və ya qısamüddətli rabitə ehtiyacları üçün istifadə olunan sadə, düyməli mobil cihazlar-red.) və kompüterlərdən istifadə edirlər. Onlar həmçinin rəsmi səfərlər zamanı otellərdə hər kəslə danışarkən son dərəcə ehtiyatlı olurlar.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlamışdı. Rəsmi Tehran gözlənilməz hücumlara cavab olaraq İsrail, ABŞ bazaları ilə yanaşı Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz təyyarələrlə hücumlar təşkil etdi. İran həmçinin Hörmüz boğazını da bağladı.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)

.jpg)









