Kriminal
Məşhur saytlara kiberhücum: Kredit kartları və kriptovalyutalar hədəfə alındı
Dünyanın ən çox ziyarət edilən saytlarından bəzilərinə yerləşdirilən zərərli proqram kodu vasitəsilə istifadəçilərin rəqəmsal pulları və şəxsi məlumatlarının oğurlanmasına cəhd edilib.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” kibertəhlükəsizlik üzrə mütəxəssisə istinadən məlumat yayıb.
Bildirilib ki, “Zoom”, “HSBC”, “Equifax”, “CNN”, “Salesforce” və “IKEA” kimi tanınmış şirkətlərin saytları hücuma məruz qalıb. Kibercinayətkarlar "JavaScript" kodu vasitəsilə kriptovalyuta ödənişlərinin ünvanlarını dəyişdirməyə, bank kartlarının məlumatlarını, kukiləri və ekran görüntülərini ələ keçirməyə cəhd ediblər.
Hücum ümumilikdə müxtəlif sahələrdə fəaliyyət göstərən 178 təşkilatın saytını hədəfə alıb. Kodun “Optimizely” platformasından istifadə edən saytlara yerləşdirildiyi bildirilir.
“Salesforce” şirkəti məsələ ilə bağlı araşdırmaya başlayıb və ehtiyat tədbiri olaraq “Optimizely” skriptlərini deaktiv edib. Hücumların ümumi miqyası isə hələlik məlum deyil.
Müəllif: Adəm
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı















.jpg)

.png)





















