Trampla Vens arasında İrana görə qarşıdurma var? – Rəsmi açıqlama gəldi
Bizi izləyin

ABŞ

Trampla Vens arasında İrana görə qarşıdurma var? – Rəsmi açıqlama gəldi

Trampla Vens arasında İrana görə qarşıdurma var? – Rəsmi açıqlama gəldi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla bağlı prezident Donald Trampla heç bir fikir ayrılığı olmadığını bildirib.

Publika.az xəbər verir ki, “Fox News” Vensin sözlərini sitat gətirib.

“Xeyr, bizim fikir ayrılığımız yoxdur. Amerika Birləşmiş Ştatlarının Prezidenti qərarlar qəbul edir. Əlbəttə ki, administrasiyamız daxilində dəqiq nəyin edilməsi lazım olduğu barədə müzakirələr aparılır. Prezident qərar qəbul edərkən, onun həyata keçirilməsində kabinetinə güvənir", - Vens deyib.

ABŞ vitse-prezidenti administrasiya daxilində bu məsələ ilə bağlı heç bir fikir ayrılığı olmadığını vurğulayıb.

Eyni zamanda, Vens İranla münaqişənin "siyasi dəyərini", yəni benzin və enerji resurslarının yüksək qiymətlərini etiraf edib:

“İnsanlara xatırladıram ki, yüksək enerji qiymətləri təkcə Yaxın Şərqdə baş verənlərin deyil, həm də Amerika enerji infrastrukturuna onilliklər ərzində az investisiya qoyuluşunun nəticəsidir".

Eyni zamanda, ABŞ vitse-prezidenti Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatı uzatmağı planlaşdırmadığını və bunun 2, 10 və ya 15 il müddətinə "öhdəliyə” çevrilməsinə imkan verməyəcəyini bildirib.

"Tramp bunun sonsuz müharibəyə çevrilməsinə icazə verməyəcək. Və bunun sonsuz olmasını istəyənlər mənə istədikləri qədər hücum edə bilərlər, çünki biz buna icazə verməmək barədə öhdəlik götürmüşük. Biz Amerika xalqına dedik ki, artıq sonsuz müharibələr olmayacaq", - Vens deyib.

Onun fikrincə, Tramp amerikalıları "bu vəziyyətdən əla nəticələrlə" çıxaracaq.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm