ABŞ
Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
ABŞ Prezidenti Donald Tramp NBA final seriyasının üçüncü oyunu zamanı Nyu-Yorkdakı "Medison Skver Qarden" arenasında azarkeşlərin fit və etirazları ilə qarşılanıb.
Publika.az xəbər verir ki, Tramp NBA finalında iştirak edən ilk fəaliyyətdə olan ABŞ prezidenti kimi tarixə düşüb. O, "Nyu-York Niks" klubunun prezidenti Ceyms Dolanın qonağı qismində oyunu izləyib.
ABŞ himni səsləndirilərkən Trampın görüntüsü arenadakı böyük ekranda nümayiş olunub. Bu zaman tam dolu tribunaların bir hissəsi onu fitə basıb və etiraz səsləri ucaldıb. Prezident isə lüks lojadan gülümsəyərək tamaşaçıları salamlayıb.
Trampın səfəri səbəbindən arenada və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Bu isə azarkeşlərin arenaya girişini çətinləşdirib və uzun növbələrin yaranmasına səbəb olub.
"Reuters" yazır ki, bəzi azarkeşlər prezidentin oyuna gəlməsindən narazı qaldıqlarını bildiriblər. Digərləri isə siyasəti kənara qoyaraq yalnız basketbola kökləndiklərini deyiblər.
Oyunu izləyən tanınmış şəxslər arasında rejissor Spayk Li, beysbol əfsanəsi Derek Citer və aktyor Ben Stiller də yer alıblar.
Qeyd edək ki, Donald Trampın doğulduğu Nyu-York şəhəri ilə münasibətləri uzun illərdir mürəkkəb olaraq qalır. O, daha əvvəl də şəhərdə keçirilən müxtəlif idman tədbirlərində həm alqış, həm də etirazlarla qarşılanıb.
"RİA Novosti" agentliyinin hadisə yerində olan müxbiri isə bildirib ki, oyununun izlənməsi zamanı baş verən hadisələr iğtişaşlara və azarkeşlərlə polis arasında toqquşmalara çevrilib.
Məlumata görə, əsasən gənclərdən ibarət olan izdiham polis əməkdaşlarına şüşə butulkalar atmağa başlayıb. Bu isə tərəflər arasında qarşıdurmaya səbəb olub.
Hazırda gücləndirilmiş xüsusi təchizatla xidmət aparan polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirlərini artıraraq mühasirə qurmağa başlayıblar.
Hadisə nəticəsində xəsarət alanlar və ya saxlanılan şəxslərlə bağlı hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın əleyhdarları olan “No Kings” hərəkatı onun doğum günü olan 14 iyun tarixində etiraz aksiyası keçirəcəklərini açıqlamışdı. (Teleqraf)
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik
-
İdman06:46Anası ən çox sevdiyi oyunçunun adını açıqladı, Yamal şoka düşdü - Foto
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq




































