ABŞ
Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
İki ölümcül iynədən sağ çıxan amerikalı cinayətkar Krista Qeyl Payk beyin zədəsi ala bilərdi.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Vəziyyəti edam öncəsi qadının vəkillərinə məsləhət verən anestezioloq Coel Zivot şərh edib.
“Paykın ölümcül preparatın yeridilməsindən bir saatdan çox vaxt keçdikdən sonra xəstəxanaya yerləşdirilməsini nəzərə alsaq, onun daimi beyin zədəsi alması çox mümkündür”, – deyө həkim bildirib.
Həkim həmçinin ehtimal edib ki, edam məhkumun dar damarları və ya elə dərmanın keyfiyyətsiz olması səbəbindən planlaşdırıldığı kimi getməmiş ola bilər.
Hazırda cinayətkar xəstəxanadadır, huşu yoxdur və süni tənəffüs aparatına qoşulub.
Payk ali cəzaya hələ 30 il əvvəl, 20 yaşı olarkən məhkum edilmişdi. 1995 ildə o və onun sevgilis Tadaril Şipp 18 yaşlı Kollin Slemmerə hücum ediblər. Onlar tanış qızı amansızlıqla döyərək bıçaqla sinəsinə pentaqram oyublar. Müstəntiqlərin versiyasına görə, Payk cinayət yerindən xatirə olaraq qurbanın kəllə sümüyünün bir parçasını götürüb.
Paykin vəkilləri ştatın Ali Məhkəməsindən onun hökmünün yüngülləşdirilməsini xahiş etmişdilər. Onlar izah etmişdilər ki, o, uşaqlıqda fiziki və seksual zorakılığa məruz qalıb, bundan başqa, ona Bipolyar və Travmatikdən sonrakı стress pozuntusu diaqnozu qoyulub. Lakin bu, hakimi inandırmayıb. Əgər edam baş tutsaydı, Payk Tennessi ştatında 200 ildən artıq müddətdə edam olunan ilk qadın olardı.
Hüseyn İbadlı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































