ABŞ
ABŞ Karib dənizində daha bir gəmiyə zərbə endirdi
ABŞ Silahlı Qüvvələrinin hərbçiləri bazar günü, oktyabrın 4-də Karib dənizində narkotiklərin qaçaqmalçılığı ilə əlaqəli olduğu güman edilən sürətli katerə zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Hərbçilərin məlumatına görə, gəmi Karib dənizində narkotiklərin daşınmasının müəyyən edilmiş marşrutları ilə hərəkət edib.
“Təsdiqlənmiş kəşfiyyat məlumatları göstərir ki, gəmi narkotik ticarətində fəal şəkildə iştirak edib”, — deyə məlumatda qeyd olunub.
Komandanlığın bəyanatına əsasən, hücum nəticəsində dörd “narkoterrorçu” məhv edilib.
Sentyabrın 20-də bildirilmişdi ki, ABŞ Silahlı Qüvvələri Karib dənizində “narkotik alverçiləri”nin qayığına zərbə endirib. Gəminin dörd sərnişini öldürülüb.
Hüseyn İbadlı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































