Tramp administrasiyası 180 milyard dolları geri qaytarmağa məcbur oldu
Bizi izləyin

ABŞ

Tramp administrasiyası 180 milyard dolları geri qaytarmağa məcbur oldu

Tramp administrasiyası 180 milyard dolları geri qaytarmağa məcbur oldu

ABŞ administrasiyası 2026-cı ildə təxminən 180 milyard dollar həcmində gömrük rüsumunu geri qaytarmağa məcbur olub.

Publika.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, 2025-ci il üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti azaldılıb. Lakin 2026-cı ildə gömrük rüsumlarından əldə olunan təxminən 180 milyard dolların geri qaytarılması zərurəti yaranıb. Bessent bildirib ki, belə halın bir daha təkrarlanmayacağına ümid edir.

ABŞ Ali Məhkəməsi fevralın 20-də prezident Donald Trampın digər ölkələrə tətbiq etdiyi idxal rüsumlarının səlahiyyət həddini aşdığını müəyyən edib. Məhkəmənin qərarından sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsi qanunsuz hesab edilən rüsumların geri qaytarılmasına başlayıb.

Bessent həmçinin büdcə kəsirinin və dövlət borcunun azaldılmasını davam etdirməyi planlaşdırdıqlarını bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm