Trampa təzyiq artır: Senat Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tələb edir
Bizi izləyin

ABŞ

Trampa təzyiq artır: Senat Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tələb edir

Trampa təzyiq artır: Senat Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” tələb edir

ABŞ Senatında həm Demokratlar, həm də Respublikaçılar prezident Donald Tramp administrasiyasını Rusiyaya qarşı sərt sanksiyaları daha tez tətbiq etməyə çağırıblar.

Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində aparıcı demokrat Cin Şahin və Silahlı Qüvvələr Komitəsinin respublikaçı sədri Rocer Uiker maliyyə naziri Skott Bessent və dövlət katibi Marko Rubioya müraciət ediblər.

Məlumatına görə, senatorlar Trampın sentyabrın 19-da imzaladığı və qeyri-rəsmi olaraq “cəhənnəm sanksiyaları” adlandırılan qanundan istifadə etməsini tələb ediblər.

Qanun ABŞ prezidentinə Rusiya nefti və qazının ən böyük beş alıcısına, eləcə də Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələrə 100 faizlik rüsum tətbiq etmək imkanı verir. Sənəddə həmçinin Rusiyanın ABŞ-a ixracına 500 faizlik rüsum, banklara, iri enerji şirkətlərinə və “kölgə donanması”na qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Senatorlar ilk növbədə Rusiya nefti daşıyan “kölgə donanması” tankerlərinə qarşı tədbirlərin gücləndirilməsini istəyiblər. Onlar həmçinin Rusiyanın aşağı Yer orbitində peyk sisteminin formalaşdırılmasının qarşısının alınmasını və Rusiyaya yardım göstərdiyi bildirilən xarici banklara, o cümlədən Qırğızıstan və Şanxaydakı maliyyə qurumlarına qarşı addımlar atılmasını tələb ediblər.

“İqtisadi təzyiqin maksimum səviyyəyə çatdırılmadan keçən hər gün Moskvanın hərbi eskalasiyanı davam etdirməsinə imkan verir”, - senatorlar bildiriblər.

Qeyd edək ki, qanunun əsas müddəalarının oktyabrın 18-dən qüvvəyə minməsi gözlənilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm