ABŞ
Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır
ABŞ ordusu İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün planlar hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Pentaqon İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də digər hərbi və enerji infrastrukturlarına zərbələr endirilməsi variantlarını nəzərdən keçirir. Yaxın Şərqə üç təyyarədaşıyan gəminin göndərilməsi də planlaşdırılır.
Qəzet yazır ki, son aylarda Pentaqon və ABŞ milli təhlükəsizlik komandası İrana və ya Yəməndəki husilərə qarşı genişmiqyaslı əməliyyatlarla bağlı Prezident Donald Trampa beş təklif təqdim edib. Tramp onların hamısını rədd edib.
Bununla yanaşı, ABŞ Prezidentinin yaxın çevrəsində İrana iqtisadi təzyiq siyasətinin nəticə verdiyini və Tehranın güzəştlərə getməsi üçün əlavə vaxta ehtiyac olduğunu düşünənlər də var.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO










.jpg)













.jpg)











