ABŞ
Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
ABŞ sakini Sara Uitty 77,1 kiloqram ağırlığında nəhəng kabaçki yetişdirib.
Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Uittynin yetişdirdiyi kabaçki Şimali Amerikanın ən böyüyü hesab edilib. Qadın bildirib ki, əvvəlcə üç kabaçki əkib, lakin onlardan ikisi çatlayıb və o, üçüncünü güclə xilas edə bilib. Fermer qadının sözlərinə görə, güclü fırtına zamanı onu qorumağa çalışıb.
Uitty 2025-ci ildə 73,7 kiloqram ağırlığında kabaçki yetişdirərək oxşar rekorda imza atmağa çox yaxın olub. Lakin hakimlər onun üzərində kiçik bir çat aşkar etdikdən sonra tərəvəz diskvalifikasiya edilib.
Uitty yeni rekordçuya “Sekretariat” adını verib.
Bundan əvvəl 65 yaşlı Böyük Britaniya sakini İan Peytonun nəhəng balqabaq yetişdirmək üzrə yarışda qalib gəldiyi və dünya rekordunu qırdığı barədə məlumat verilmişdi. Peytonun çəkisi təxminən 1,3 ton olan balqabaq yetişdirməyə nail olduğu bildirilmişdi.
Hüseyn İbadlı
-
Sosial09:38Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO



















.jpg)






.png)












